Bu bankin aktivləri 356 milyon manata çatdı – Hesabat

10:38 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. 2021-ci ilin ilk 9 ayında Yapı Kredi Bank Azərbaycan QSC-nin cəmi əməliyyat gəlirləri xərcləri üstələmiş, nəticədə bankın əməliyyat mənfəəti 4.8 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bankin aktivləri 2021-ci ilin ilk 9 ayı ərzində artaraq 356 milyon manat olub.

Cari ilin ilk rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 36%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 37%-ə çatıb. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.

Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər