330x110
 

Qubadlıda baramaçılıq və bağçılıq ənənələri bərpa ediləcək - Nazirlik rəsmisi

26.10.2021,12:37


26 oktyabr, Fineko/abc.az. Qubadlı rayonunda barama tədarükü məntəqəsinin, qurutmaxananın tikintisi planlaşdırılır, həmçinin meyvə bağlarının salınması nəzərdə tutulur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.

"Qubadlıda baramaçılıq və bağçılıq ənənələrinin bərpa edilməsi Kənd Təsərrüfatı Nazirliyinin strateji hədəfləridir. Vaxtilə rayonda barama bəslənilib, çox dəyərli ipək alınıb. Həmçinin meyvə istehsalı ilə bağlı böyük potensial var. Burada gələcəkdə istehsal olunan məhsullar ixracyönümlü ola bilər", - deyə o, qeyd edib.