Valyuta hərracında banklar 74,8 milyon dollar əldə etdilər

12:41 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 26-da keçirilən valyuta hərracında banklara $74,8 mln satılıb ki, bu da ötən hərracda olduğundan $24,2 mln (47,83%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $74,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər