330x110
 

Ticarət mərkəzlərinə giriş asanlaşır - Yeni proqram təminatı istifadəyə verilib

26.10.2021,14:18


26 oktyabr, Fineko/abc.az. Azərbaycanda iri ticarət mərkəzlərinə daxil olan vətəndaşların COVID-19 pasportunun yoxlanılması zamanı uzun növbələrlə üzləşməmələri üçün yeni proqram təminatı istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, e-Təbib-in yeni e-Təbib Pro versiyası ilə uzun növbələrdə gözləməyə ehtiyac olmayacaq.

e-Təbib Pro hüquqi şəxslər, dövlət qurumları, ticarət mərkəzləri və s. üçün nəzərdə tutulmuş proqram təminatıdır.

İndi vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsini MRZ (machine-readable zone) aparatından keçirməklə ictimai-iaşə və bu kimi digər mərkəzlərə rahat və çevik daxil ola biləcəklər.