Bir sıra göstəricilər üzrə artım əldə edən bank - Siyahı

14:48 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankı ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) əhatə edən hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında ABB-nin faiz gəlirləri 22 milyon 19 min manat və ya 7,3% artaraq 323 milyon 735 min manat, qeyri-faiz gəlirləri isə 39 milyon 858 min manat və ya 44,6% artaraq 129 milyon 116 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayı ərzində ABB-nin faiz gəlirləri 301 milyon 716 min manat, qeyri-faiz gəlirləri isə 89 milyon 258 min manat təşkil etmişdi.

Cari ilin 9 ayında ABB-nin cəmi əməliyyat gəlirləri 61 milyon 877 min manat artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər