Neft ucuzlaşır, Brent bir barelə $85,77 təşkil edir

09:37 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətində azalır.

Saat 09:26-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,63 (0,73%) ucuzlaşaraq bir barelə $85,77 təşkil edib. Oktyabrın 26-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,41 (0,48%) artaraq bir barelə $86,40 təşkil edib.

Saat 09:26-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin dekabr ayı üçün fyuçerslərinin qiyməti $0,80 (0,95%) enərək bir barelə $83,85 təşkil edib. Oktyabrın 26-da WTI-nin dekabr ayının fyuçersləri $0,89 (1,06%)  artaraq bir barelə $84,65 təşkil edib.

 

Bütün xəbərlər