Gələn il kənd təsərrüfatına büdcədən bu qədər vəsait ayrılacaq

10:50 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1% çoxdur.

Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.

 

Bütün xəbərlər