330x110
 

Füzulidən İstanbula getmək mümkün olacaq - Ərdoğan

27.10.2021,15:44


27 oktyabr, Fineko/abc.az. İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  deyib.

O sözlərinə belə davam edib:

“Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik. İnşallah Füzulidən İstanbula gediş-gəliş olacaq. Bu yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Bununla yanaşı dəmir və magistral yolların inşa edildiyini də vurğulayıb.İnşallah Azərbaycan çox qısa müddət ərzində barmaqla göstəriləcək ölkələr arasında yer alacaq. Ermənilərin döşədiyi minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahələrinə çevrilir”.