İki nazirlikdən fərqli proqnoz

17:30 - 27.10.2021


27 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin xətti ilə 2022-ci ildə dövlət büdcəsinə 8,716 mlrd. manat manat vəsait daxil olacağı proqnozlaşdırılır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, 2022-ci il dövlət büdcəsi haqqında Qanununu əsasında aparılan hesablamalara görə, daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmaların 30,6%-i) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmaların 27,2%-i) payına düşəcək.

Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında 2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9,138 mlrd. manat daxil olması proqnozlaşdırılırdı.

 

Bütün xəbərlər