Doqquz ayda Azərbaycana ən çox hansı ölkələrdən səfərlər edilib? - Siyahı

10:58 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 515 min 280 nəfər əcnəbi vətəndaş gəlib.

ABC.AZ xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında öz əksini tapıb.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ilin 9 ayında 686 min 303 nəfər olub) azdır.

Təkcə ötən ay isə Azərbaycana 72 min 686 nəfər əcnəbi səfər edib.

Bu isə ötən ilin sentyabr ayına nisbətən 99% və yaxud təxminən 2 dəfə çoxdur. (2020-ci ilin sentyabr ayında 36 min 531 nəfər olub). 

Sentyabrda Azərbaycana ən çox Türkiyə (20 min 186 nəfər), Rusiya (18 min 967), İran (16 min 270), Gürcüstan (5 min 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər