“Təmiz Şəhər” Şuşada emal müəssisəsi yaradıla bilər

11:51 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. “Təmiz Şəhər” ASC Şuşada tullantıların emalı üçün müəssisə yaradılması imkanlarını nəzərdən keçirə bilər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında şirkətin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

“Hazırda Şuşada toplanılan tullantılar müvəqqəti olaraq Daşaltı kəndinin yaxınlığına aparılır. Amma orada poliqon tikmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq. Şuşanın ətrafı meşəlikdir. Poliqo üçün isə düzənlik sahə tapmaq lazımdır. Müəyyən yer ayırılsa, işimizi qurarıq. Alternativ olaraq əraziyə özümüz də baxırıq. Orada hər hansı emal müəssisənin yaradılmasını nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq, tullantıları emal edək”, - o bildirib.

Bütün xəbərlər