On ayda ARDNF bu qədər valyuta satışı həyata keçirib

16:12 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 4 845,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azdır.

Təkcə oktyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 539,9 milyon dollar təşkil edib.

Bu isə ötən ilin oktyabr ayına nisbətən 3,6% azdır.

Bütün xəbərlər