Azərbaycanda gündəlik 45 ton duz istehsal edən zavod

16:53 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir duz mədəni yeni texnoloji avadanlıqlarla təmin edilib.

ABC.AZ-ın məlumatına görə, gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 61 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir.

2021-ci ilin iyun ayında yeni şaxtanın istifadəyə verilməsi istehsal prosesini daha da təkmilləşdirilib.

Duzun çıxarılması üçün əvvəlcə mədəndə partlayış işləri aparılır.

Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir.

 

Bütün xəbərlər