Avtomobillərin Azərbaycana fiziki idxalı, 2017-ci ilin göstəricisi ilə müqayisədə, 2,45 dəfə artıb

14:01 - 13.04.2018


13 aprel, Fineko/abc.az. 2018-ci ilin yanvar-mart aylarında ölkəyə 3506 avtomobil gətirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə, avtomobil idxalı 2,45 dəfə artıb.

2018-ci ilin yanvar-mart aylarında ölkəyə 3158 ədəd minik avtomobili, 316 yük maşını, 19 avtobus, 13 ədəd xüsusi nəqliyyat vasitəsi gətirilib. Müqayisə üçün, 2017-ci ilin yanvar-mart aylarında 1431 avtomobil, o cümlədən 1185 minik avtomobili idxal edilib.

2017-ci il ərzində ölkəyə 13098 ədəd avtomobil gətirilib. Eyni zamanda 11610 minik avtomobili, 1227 yük maşını, 187 avtobus və 74 ədəd xüsusi nəqliyyat vasitəsi idxal edilib.

2013-cü ildə ölkəyə rekord sayda 104385 avtomobil, o cümlədən 94879 minik avtomobili, 7823 yük maşını, 827 avtobus və 856 xüsusi nəqliyyat vasitəsi idxal edilib.

 

Bütün xəbərlər