İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu dəyişdirilir - Qiymətlər

01.11.2021,12:10


1 noyabr, Fineko/abc.az.  İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu dəyişdirilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 1 noyabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla bağlı dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumunun məbləği Bakı şəhərində 55 manatdan 60 manata, digər şəhər və rayonlarda 22 manatdan 25 manata qaldırılır.