Sürücülük vəsiqəsi ilə bağlı bəzi rüsumlar da artdı - Siyahı

15:25 - 1.11.2021


 1 noyabr, Fineko/abc.az. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumların dərəcələri artırılır.

ABC.AZ-ın məlumatına görə, avto-moto nəqliyyat vasitələri üçün rüsum 25 manatdan 30 manata qaldırılır.

Bundan əlavə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 12 manat manat təyin olunur.Həmçinin sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün  rüsum 20 manatdan 40 manata;

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə  rüsum 10 manatdan 20 manata.

digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün isə rüsum 5 manatdan 10 manata qaldırılır.

Bütün xəbərlər