Qiymətli kağızların qeydiyyata alınması rüsumu da artırıldı

16:31 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.  Qiymətli kağızların qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin artırılması təklif edilir.

ABC.AZ xəbər verir ki, qiymətli kağızların emissiya prospektinin təsdiq edilməsi üçün:

emissiya məbləği 99000 manatadək olduqda – 220 300 manat;

emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda – 440 600 manat;

emissiya məbləği 198000 manatdan çox olduqda – 880  manatdan 1200 manata;

depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün rüsum 1100 manatdan 1500 manata qaldırılması təklif edilir.

Bütün xəbərlər