Prezident və birinci xanım Şamaxıda parkın açılışını ediblər

09:22 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi noyabrın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar. ABC.AZ xəbər verir ki, Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Qeyd edək ki, Şamaxı şəhərindəki park yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir.
Bütün xəbərlər