Aprelin 14-də gözlənilən hava haqqında məlumat

13.04.2018,17:04


13 aprel, Fineko/abc.az. Aprelin 14-də  Bakıda və Abşeronda  hava buludlu olacaq, səhər və axşam saatlarında arabir yağış yaşacağı ehtimal edilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə  müsbət 7-9, gündüz müsbət 12-15,  Bakıda gecə müsbət  7-9, gündüz müsbət 12-14 dərəcə təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə, sabah  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət  6-11, gündüz müsbət 13-18, dağlarda gecə müsbət 1-6, gündüz müsbət  7-12 dərəcə isti təşkil edəcək.

 

Açar sözlər: hava proqnoz