Gürcüstanda benzin və maye qazın qiyməti bahalaşdı

10:21 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Gürcüstanda bütün yanacaq növlərinin qiymətlərində artım var. ABC.AZ xəbər verir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir. Bir müddət əvvəl qonşu ölkədə “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılıb. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır. Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.
Bütün xəbərlər