Abşeronda palçıq vulkanı turizmi kompleksi qurulur - Müqavilə imzalandı

11:10 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi "Abşeron rayonunda yerləşən palçıq vulkanları ərazisində turizm infrastrukturunun yaradılması işlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, qalib şirkət, Bakı Abadlıq Xidməti MMC-i seçilib.

Agentlik qalib şirkətlə məbləği 6 milyon 628 min manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. 

Bütün xəbərlər