Azərbaycanda problemli kreditlərin payı təxminən 15%-ə qədər artdı

17:05 - 17.10.2017


Yanvar-sentyabr ayları ərzində Azərbaycan əhalisinin gəlirlərinin artması qeyd edilir.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, doqquz ay ərzində əhalinin gəlirləri 8%, yəni 36247,0 milyon manata qədər artdı.

“Azərbaycan Mərkəzi Bankın sentyabrın 1-nə olan məlumatına görə, bankların və qeyri-bank kredit təşkilatlarının kredit portfeli valyuta ekvivalentində 12376,6 milyon manat təşkil etdi, onlardan 10020,9 milyon manat – uzunmüddətli kreditlərdir. Hesabat dövründə problemli kreditlər, ümumi kredit portfelinin 14,7%-ni təşkil etmişdir”, - xəbərdə belə deyilir.

Sentyabrın  1-nə əhalinin sərmayələri valyuta ekvivalentində 6895,5 mln. manat təşkil etdi. Sentyabrda milli valyutanın bir dollara qarşı orta məzənnəsi ortalama 1,70 manat təşkil etmişdir (ilin əvvəlindən etibarən 1,73 manat), bir avroya qarşı ortalama məzənnəsi - 2,03 manat (ilin əvvəlindən etibarən 1,92) 100 rubla qarşı məzənnəsi isə - 2,95 manat (ilin əvvəlindən  2,97) təşkil etmişdir.

Bütün xəbərlər