“Qazprom” qaz hasilatını artırıb - Şirkər ixracı da çoxaldıb

12:07 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  2021-ci ilin əvvəlindən “Qazprom” qaz hasilatını 15,8% (57,7 milyard kubmetr) artıraraq 422,6 milyard kubmetrə çatdırıb.

ABC.AZ-ın məlumatına görə, Şirkətin qeyri-MDB ölkələrinə qaz ixracı 10 ayda 10,4% (14,9 milyard kubmetr) artaraq 158,8 milyard kubmetrə yüksəlib.

Eyni zamanda, bu günə qədər “Qazprom”un bir sıra ölkələrə, xüsusən də Türkiyə, Bolqarıstan, Rumıniya və Serbiyaya ixracı 2020-ci ildəki bütün ixracın həcmini ötüb. Şirkət Çinə də tədarükü artırmaqda davam edir. Oktyabrın 31-də “Qazprom” “Sibirin gücü” boru kəməri ilə Çinə qaz nəqlinin həcminə görə yeni rekorda imza atıb.  

Bütün xəbərlər