"Unibank" nizamnamə kapitalını artırır

14:24 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. "Unibank" ASC nizamnamə kapitalını 5 000 001,92 manat və yaxud təxminən 4% artıraraq 125 686 355,68 manatdan 130 686 357,6 manata çatdırmağı planlaşdırır. 

Bu barədə ABC.AZ  renkinq.az-a istinadən xəbər verir.

Müvafiq qərar Bankın səhmdarlarının sentyabrın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Kapital artımıı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2,72 manat olan 1 838 236 ədəd yeni səhmin buraxılması nəzərdə tutulub. Qiymətli kağızları "Unibank"ın əsas səhmdarı Eldar Qəribovun alacağı və Bankdakı payını 86,4%-dən 86,9%-ə çatdıracağı gözlənilir. Əvəzində digər hüquqi və fiziki şəxslərin payı 13,6%-dən 13.1%-ə düşməlidir. 

"Unibank"ın nizamnamə kapitalının artırılması Banka 30 milyon manat kapital qoyuluşuna dair planın tərkib hissəsidir.

Bütün xəbərlər