Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon cəlb etməyi planlaşdırır

17:24 - 13.04.2018


13 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı haqqında  elan edib.

Mərkəzi Bankın məlumatına görə, hərrac 16 aprel 2018-ci il tarixində “Bloomberq” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə AMB  8,01% - 10,99% dərəcə ilə 350 milyon manat cəlb etməyi planlaşdırır . Bu vəsaitlər 14 gün müddətinə cəlb olunacaq”, - məlumatda belə deyilir.

Mərkəzi Bank 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.

 

Bütün xəbərlər