Neftin qiyməti ilə bağlı yeni proqnoz - 120 dollar ola bilər

14:49 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  "Bank of America" neftin qiyməti ilə bağlı yeni proqnozunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bank neftin qiymətinin 2022-ci ilin iyun ayına kimi 120 dollar/barelə yüksələcəyini proqnozlaşdırıb. 


Sözügedən Bankın analitikləri hesab edirlər ki, dünyada enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olan hazırkı enerji böhranı istər-istəməz neft fyuçers müqavilələrinin qiymətinin artmasına səbəb olacaq. Bəzi ekspertlər isə qarşıdakı zamanlarda tələbin təklifi nəzərəçarpacaq dərəcədə üstələyəcəyini açıqlayıb. Həmçinin alternativ enerji mənbələrinin inkişafına investisiyaların azalması fonunda neftin qiymətinin sürətlə bir barel üçün 100 dollar həddinə yaxınlaşacağını vurğulayırlar. Onlar hesab edirlər ki, bu yüksəliş tendensiyası yaxın gələcəkdə özünü getdikcə daha aydın şəkildə göstərəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər