Avropada qazın qiyməti ucuzlaşdı

15:30 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Avropada təbii qazın qiyməti səhər saatlarında 850 dollardan yuxarı qalxdıqdan sonra 1000 kubmetr üçün yenidən 750 dollara düşüb.

ABC.AZ-ın məlumatına görə, qazın qiymətinin aşağı düşməsi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından sonra qeydə alınıb.

Belə ki, D.Peskov açıqlamasında noyabrın 8-dən sonra Rusiyanın özünün qaz anbarlarını doldurulmağı başa çatdıracağı və Avropaya qaz tədarükünü artırmaq planlarının dəyişəcəyini bildirmişdi. Avropada qazın qiyməti, keçən həftə Rusiya prezidenti Vladimir Putinin, noyabrın 8-də Rusiyada yeraltı anbarlara qaz vurulması başa çatdıqdan sonra “Qazprom”a şirkətin Avropadakı anbarlarına tədarükün artırılması barədə göstəriş verdikdən sonra düşməyə başlayıb.

Bütün xəbərlər