Neft Fondunun gələn il üçün gəlirləri açıqlanıb

16:25 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  Gələn il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 589,7 mln. manat həcmində proqnozlaşdırılır.

ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci il üçün Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti (satış qiyməti) növbəti il üçün 50 ABŞ dolları nəzərdə tutulub. "Bu göstəriciyə uyğun olaraq, Fondun 2022-ci il üzrə büdcə gəlir və xərclərinin ümumi həcminin müvafiq olaraq 10 589,7 mln. manat və 12 784,5 mln. manat olması proqnozlaşdırılır", - Fonddan bildirilib.

Hesablamalara əsasən, nəticədə, 2022-ci ildə ARDNF-nin büdcə kəsiri 2 194,8 mln. manat təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər