“Finans Kredit” BOKT ilk dəfə istiqraz buraxır

09:46 - 3.11.2021


3 noyabr, Fineko/abc.az. “Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə, 400 min manatlıq istiqraz buraxmağa hazırlaşır. ABC.AZ renkinq.az-a istindla xəbr verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla, 2 il müddətinə yerləşdiriləcək. Onların illik gəlirliliyi 12%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Bütün xəbərlər