Bu elektron pul kəskin bahalaşdı

10:30 - 3.11.2021


3 noyabr, Fineko/abc.az. “Ethereum” kriptovalyutasının dəyəri kəskin bahalaşıb. ABC.AZ-ın məlumatına görə, sözügedən elektron pul tarixdə ilk dəfə 4.5 min dolları keçib. Rəqəmsal valyuta son sutkada 3% bahalaşıb, kapitallaşması isə 529 milyard dollara çatıb. Qeyd edək ki, “Ethereum”-a tələbat da artmaqdadır. Ekspertlər bunu kriptonun populyarlaşması ilə əlaqələndirir. Müəllif: Elmir Murad
Bütün xəbərlər