Vergi orqanları bazarlarda nəzarət postu quracaq?

12:15 - 3.11.2021


3 noyabr, Fineko/abc.az.  Vergi orqanlarına kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postları qurmaq hüququ verilir.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarına malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postları qurmaq və bu obyektlərə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının almaq səlahiyyətləri verilir.

Bütün xəbərlər