Azərbaycan BƏƏ ilə Biznes Şurası yaradacaq - Nazir açıqladı

15:06 - 3.11.2021


3 noyabr, Fineko/abc.az.  Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzaladıq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

Nazir qeyd edib ki, sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qruplar yaradılacaq.

Bütün xəbərlər