Gürcüstana qazı 92 yox, 180 dollara satırıq - SOCAR rəsmisi

16:06 - 3.11.2021


3 noyabr, Fineko/abc.az . Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti əslində iddia ediləndən xeyli yüksəkdir.

ABC.AZ xəbər verir ki, bunu SOCAR rəsmisi İbrahim Əhmədov Azərbaycanda əhaliyə satılan qazın qiymətinin SOCAR-ın Gürcüstana satdığı qazın qiymətindən yüksək olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərək deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstana satılan qazın qiyməti iddia edildiyi kimi 92 dollar yox, iki dəfə çox yəni 180 dollardır.

Bütün xəbərlər