Azərbaycan neftinin orta qiyməti ötən ay 12 faizdən çox artıb

16:31 - 3.11.2021


3 noyabr, Fineko/abc.az . Bu ilin oktyabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,5 ABŞ dollarına bərabər olub.

ABC.AZ-ın məlumatına görə, bu da sentyabr ayının orta qiyməti ilə müqayisədə 9,62 dollar və ya 12,7% çoxdur.

Oktyabr ayında ən yüksək göstərici 88,19 dollar təşkil edib, ən minimal göstərici isə 80,48 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 7,1% və ya 5,69 dollar artıb.

Bütün xəbərlər