Azərbaycan gündəlik xam neft hasilatını bu qədər artıracaq - Açıqlama

09:48 - 4.11.2021


4 noyabr, Fineko/abc.az Azərbaycan OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib. ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib. Nazir qeyd edib ki, bu, sabitliyi qorumaq üçün ən optimal qərardır. O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib: "ABŞ, Hindistan və Yaponiya kimi əsas neft istehlakçıları Neft İxrac Edən Ölkələr Təşkilatını və onun tərəfdaşlarını, o cümlədən Rusiya və Azərbaycanı ötən il pandemiya zamanı razılaşdırılmış dərin ixtisarlardan sonra hasilatı daha sürətli artırmağa çağırır. Kartelin enerji nazirləri cümə axşamı görüşəcək".
Bütün xəbərlər