Bu otelin nizamnamə kapitalı artırıldı - 2 dəfədən çox

11:02 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. Bakıdakı "Excelsior Hotel MMC"-nin nizamnamə kapitalı 439 000 manat, yaxud 2.6 dəfə artırılıb.

ABC.AZ-ın məlumatına görə, bununla da hotel şirkətinin nizamnamə kapitalı 712 000 min manata çatıb.

Müqayisə üçün qeyd edək ki, sonuncu dəfə bu şirkətinin nizamnamə kapitalı 100 000 manatdan 273 000 manata qaldırılmış və şirkətə yeni rəhbər təyin edilmişdi.

Qeyd edək ki, “Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb.

Bütün xəbərlər