AÇG-də ümumilikdə 136 neft hasilat quyusu istismar olunub - Hesabat

04.11.2021,15:12


4 noyabr, Fineko/abc.az. 2021-ci ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə 398 milyon dollardan artıq əməliyyat məsrəfləri və təxminən 1 milyard 243 milyon dollar əsaslı məsrəflər xərclənib.

ABC.AZ-ın məlumatına görə, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (29 000), Mərkəzi Azəri (109 000), Qərbi Azəri (115 000), Şərqi Azəri (77 000), Dərinsulu Günəşli (87 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 461 000 barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub. Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyard barel ümumi hasilat əldə edib.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Müəllif: Elmir Murad