Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard dollardan çox pul xərclənib

15:38 - 4.11.2021


4 noyabr, Fineko/abc.az  2021-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard 570 milyon dollar əməliyyat xərcləri və təxminən 524 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ-ın məlumatına görə, bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

Bütün xəbərlər