Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı tam hasilat səviyyəsinə çatıb - Hesabat

15:48 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. İlin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı üçüncü rübdə tam hasilat səviyyəsinə çatıb.

ABC.AZ-ın məlumatına görə, cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb. 

Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir. Rüb ərzində həmçinin şimal cinahında son 5-ci quyudan hasilatın 2021-ci ilin dördüncü rübündə başlanmasına hazırlıq işləri davam edib.

Bütün xəbərlər