İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin bu qədər xərci olub

16:05 - 4.11.2021


 4 noyabr, Fineko/abc.az   İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə təqribən 8 milyon dollar olub.

ABC.AZ-ın məlumatına görə, ilin ilk doqquz ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olub.

Avqustun 1-də CQBK-nin texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatdı. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış oldular.

Bütün xəbərlər