Depozit hərracında AMB 350 milyon manat cəlb etdi

13:25 - 16.04.2018


16 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, hərracda 350 milyon manat cəlb edilmişdir.

“Depozit hərracında tələb 783,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər