Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!
09:40 - 5.11.2021
5 noyabr, Fineko/abc.az. Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar
vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da
operativ şəkildə cavablandırmağı hədəfləyən Azercell artıq Instagram sosial şəbəkəsinin şəxsi
mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə
Facebook platformasında da bu funksiyanı işə salıb.
Statistika sübut edir ki, sosial şəbəkələr Azercell müştəri xidmətlərinin mühüm tərkib hissəsinə
çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə Facebook-da Azercell təmsilçiləri 213 mindən
çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır.
Digər populyar şəbəkə - Twitter-də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu
göndərənlərin sayı 3500-ə yaxındır. Azercell-in nümayəndələri şirkətin rəsmi YouTube
kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində
126 Azercell abunəçisinin sorğusu daxil olub.
Azercell-in Facebook, Instagram, Twitter, Linkedin və YouTube rəsmi səhifələri daxil olmaqla
sosial şəbəkələrdə toplam 784,678 istifadəçisi var. Xatırladaq ki, məhz Azercell 2012-ci ildə
Twitter platformasının, 2013-cü ildə Facebook sosial şəbəkəsinin təsdiqlənmiş (verified)
statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil
operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin
təsdiq nişanını alıb.
Bu səhfələrdən istifadə edən Azercell abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət
təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında Azercell-in tətbiq etdiyi yeniliklər, tarif
və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.
Azercell-də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən
izləməyi unutmayın!
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
Twitter: https://twitter.com/Azercell
Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/
YouTube: https://www.youtube.com/c/AzercellYouTube