Belarus Elmlər Akademiyası “Azərkosmos”la müqavilə imzaladı

10:10 - 5.11.2021


5 noyabr, Fineko/abc.az “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. ABC.AZ-ın məlumatına görə, müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.
Bütün xəbərlər