Beş bankın kredit portfeli kiçilib - Siyahı

05.11.2021,10:18


5 noyabr, Fineko/abc.azAzərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub. ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Xalq Bank”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma “AFB Bank”da (71,1%), ən az kiçilmə isə “Xalq Bank”da (7,5%) qeydə alınıb. Qalan 21 bankın kredit portfeli artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (85%) qeydə alınıb.