Bu tələbələrin təqaüdü bundan sonra belə veriləcək - İzah

05.11.2021,14:08


5 noyabr, Fineko/abc.az. Cari tədris ilindən peşə təhsili müəssisələrində təqaüdlər tələbələrin müvəffəqiyyətlərinə görə yeni qaydada ödəniləcək.

ABC.AZ xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə görə, 2021/2022-ci tədris ilindən peşə təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulu sayının 1880 nəfər artırılması və həmin müəssisələrdə təqaüdlərin tələbələrin müvəffəqiyyət göstəricilərindən asılı olaraq yeni qaydada ödənilməsi nəzərdə tutulur.