İşsizliyə görə xərclənən sığorta ödənişləri artırılacaq - Gələn ildən

15:59 - 5.11.2021


5 noyabr, Fineko/abc.az.İşsizliyə görə sığorta ödənişlərinin gələn il üçün proqnozlaşdırılan məbləği açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, işsizliyə görə sığorta ödənişləri 2022-ci ildə 8.5 milyon manat proqnozlaşdırılır. Bu ödənişlər 2021-ci ilin gözlənilən göstəricisinə nisbətən 3.9 milyon manat və ya 1.8 dəfə çoxdur. Növəti ildə ölkədə işsiz və işaxtaran vətəndaşlar üzrə rəqabətqabiliyyətli işçi qüvəsinin hazırlanması məqsədilə peşə hazırlığı və əlavə təhsil üçün proqnozlaşdırılan xərclər 9 milyon manat və ya 2021- ci ilə gözlənilən xərclərə nisbətən 2 milyon manat və ya 29 faiz çoxdur.

Bütün xəbərlər