Dörd ildən sonra Azərbaycanın ÜDM-i 103 milyard manatı keçəcək - Proqnoz

05.11.2021,17:17


5 noyabr, Fineko/abc.az.2025-ci ilin yekunlarına görə, Azərbaycanda nominal ümumi daxili məhsulun (ÜDM) həcmi 103 milyard 654 milyon manatı keçəcək.

ABC.AZ-ın məlumatına görə, bu, Azərbaycan dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 86 milyard 582 milyon manat, 2023-cü ildə 93 milyard 186  milyon manat, 2024-cü ildə isə 98 milyard 944 milyon manata çatacaq.