Azərbaycan Banklar Assosiasiyasının komplayens üzrə iclası keçirilib

16:30 - 16.04.2018


16 aprel, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (АВА) ekspert qrupunun komplayens üzrə növbəti iclasını keçirib.

ABA-nın məlumatına görə, iclas zamanı Vergilər Nazirliyinə dövlət satınalmaları üzrə əməliyyatlara nəzarət, habelə valyuta mübadiləsi üzrə əməliyyatlarının lisenziyalaşdırılması qaydaları ilə bağlı müraciət məsələsi müzakirə edilib.

“Görüş zamanı “NBC Bank”, “Bank Avrasiya” və “GünayBank” nümayəndələrinin komplayens qrupuna daxil olması məsələsi də müzakirə olunub”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər