Azərbaycan neftinin qiyməti bahalaşıb

10.11.2021,09:55


 10 noyabr, Fineko/abc.az. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Xəbər verilir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,25 dollar artaraq 86,09 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.