Azərbaycanın qeyri-neft ixracı ilk 10 ayda 42 % artıb - Hesabat

10.11.2021,09:56


10 noyabr, Fineko/abc.az. 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8  mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,05 mlrd. ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb.

Sözügedən hesabatda qeyd olunub ki, sözügedən dövrdə qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607.2 mln. ABŞ dolları və ya 42% artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq  582,2 mln. ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad